Milli komandanın sabiq üzvü güllələndi

2 Fevral 2024 14:54

Futbol üzrə Boliviya yığmasının keçmiş futbolçusu Serxio Xaureqi güllələnib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Meksikada olub. 

Belə ki, adıçəkilən ölkənin həvəskar komandaları arasında keçirilən oyunda 38 yaşlı futbolçu su içmək üçün kənara gəlib. Həmin vaxt naməlum şəxs onu güllələyib və hadisə yerindən qaçıb. 

6 güllə yarası alan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Serxio Xaureqi Boliviya millisində 13 oyun keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun