ABŞ höküməti Florida Milli Qvardiya batalyonunu bu ştata köçürdü

2 Fevral 2024 13:45

ABŞ-nin Florida ştatının milli qvardiyasının minə yaxın hərbçisi sərhəddə yaranan vəziyyəti həll etmək üçün Texasa gedəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə qubernator Ron Desantis məlumat verib.

Desantis qeyd edib ki, o, nəhayət cənub sərhədində işğalı dayandırmaq niyyətindədir. Bu işdə onlara Desantisin 2022-ci ildə yenidən bərpa etdiyi və ilk dəfə öz əyalətindən kənarda yerləşdirəcəyi Florida ştatının qvardiyasının könüllüləri kömək edəcəklər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun