Keniyada dəhşətli partlayış - ölənlər və 300-ə yaxın yaralı var - FOTO

2 Fevral 2024 09:05

Keniyanın paytaxtı Nairobi şəhərində benzin stansiyasında böyük partlayış baş verdi.

Milli.Az bildirir ki, ilkin məlumata görə 2 nəfər ölüb, 300 nəfər yaralanıb.

Hökumət sözçüsü İsaak Maiqua Mvaura hadisənin paytaxtın cənub-şərqindəki Embakasi məhəlləsində baş verdiyini bildirib. O izah etdi ki, yanacaqla yüklənmiş naməlum dövlət nömrəli yük maşını partladı və geniş yayılmış nəhəng alov topu yarandı. Nəticədə baş verən partlayış çoxsaylı nəqliyyat vasitələrinə, ticarət obyektlərinə və yaşayış evlərinə ziyan vurdu. Baş verən hadisə zamanı bir çox sakin hələ də ərazidə idi.

Yanğından sonra hesabatda deyilirdi ki, uçan benzin çəni ətraf ərazidəki ticarət mərkəzinə dəyib, geyim və tekstil məhsulları ilə məşğul olan sözügedən binanı yandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun