Husilər Britaniya gəmisinə hücum etdi

2 Fevral 2024 07:20

Yəməndəki Husi üsyançıları Qırmızı dənizdə İsrailə gedən Britaniyaya məxsus ticarət gəmisinə hücum edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya deyib.

"Yəmən hərbi-dəniz qüvvələri Qırmızı dənizlə işğal olunmuş Fələstin ərazilərindəki limana gedən Britaniya ticarət gəmisinə gəmi əleyhinə raketlə zərbələr endirib", - deyə o bildirib.

Səriya gəminin adını və növünü açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Britaniya tərəfi Hüdeyda limanından 57 dəniz mili qərbdə gəmiyə hücum edildiyini bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun