Ankarada İŞİD-ə qarşı əməliyyat: 15 nəfər saxlanıldı

1 Fevral 2024 23:49

Türkiyənin paytaxtı Ankarada İŞİD-ə qarşı keçirilən "Qəhrəmanlar-48" əməliyyatı zamanı 15 əcnəbi saxlanılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib.

Nazir terrorizmə qarşı əməliyyatların fasiləsiz, daim həyata keçiriləcəyini də bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun