Gündəm olan videodakı şəxş Abdullah Çatlı imiş - Qızı təsdiqlədi - VİDEO

2 Fevral 2024 00:30

1993-cü ildə Türkiyədə qeydə alınan 10 saniyəlik görüntü sosial mediada böyük əks-səda doğurub. Bir çox insan görüntüdəki şəxsin Abdullah Çatlı olduğunu iddia edib. A.Çatlıya aid olduğu iddia edilən video ilə bağlı qızı Gökçen Çatlı açıqlama verib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, "Sabah" qəzetinin yazarı Ferhat Ünlüyə açıqlama verən Gökçen Çatlı görüntüdəki şəxsin atası olduğunu və videonun Susurluk qəzasından 3 il əvvəl çəkildiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun