Qaribaşvili hakim partiyanın sədri oldu

1 Fevral 2024 15:33

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili ölkənin hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının sədri seçilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hakim partiyanın Tbilisidə keçirilən 8-ci qurultayında qərar qəbul edilib. Sözügedən qərar yekdilliklə qəbul olunub. 

Xatırladaq ki, Qaribaşvili yanvarın 29-u Baş nazir vəsifəsindən istefa verdiyini açıqlayıb. O bu vəzifəni iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun