Tıxacda 15-ə yaxın maşını əzən sürücü belə tutuldu - ANBAAN VİDEO

1 Fevral 2024 12:06

Bakıda DYP-nin "saxla" əmrinə tabe olmayan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

İnsident 20 Yanvar dairəsi yaxınlığında qeydə alınıb.

Bir neçə avtomobilə ziyan vurduqdan sonra qaçmaq istəyən sürücünü polis əməkdaşları saxlamağa müvəffəq olublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun