AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir - Sahibə Qafarova

1 Fevral 2024 11:58

Bildiyiniz kimi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılması qərara alınıb. Bu qərar ölkəmizə qarşı irəli sürülmüş qondarma ittihamlara cavab olaraq irəli sürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin bugün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Qafarova bildirib ki, Avropda müəyyən qüvvələr Azərbaycanın ərazibütövlüyü və suverenliyinin bərpası ilə heç cür barışa bilmirlər.

"Həmin qüvvələr sülh və sabitlik üçün göstərilən səylərə ciddi təhlükə yaradırlar. Təssüf ki, AŞPA bəzi qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir", - deyə sədr əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun