MMA döyüşçüsü evinin qarşısında öldürüldü - ANBAAN VİDEO

1 Fevral 2024 09:46

Rusiyanın Dağıstan Respublikasında "Fight Nights" klubunun qarışıq döyüş növləri üzrə döyüşçüsü Maqomedrəsul Mutayev Mahaçqalada öldürülüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Dağıstan Respublikasının Bədən Tərbiyəsi və İdman Nazirliyi məlumat yayıb.

Məlumata görə, MMA döyüşçü evinin qarşısında qətlə yetirilib.

Qətli törədən şəxsin kimliyi müəyyən olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun