“Çelsi” onu icarədən çağırıb icarəyə verdi: Hələ də inanırlar ki…

1 Fevral 2024 07:53

"Çelsi"nin yarımmüdafiəçisi Andrey Santos "Strasburq"a keçməyə yaxındır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fabritsio Romano məlumat verib.

Xatırladaq ki, bir müddət əvvəl londonlular futbolçunu "Nottingem Forest"də icarədən geri çağırmışdı.

Mənbənin məlumatına görə, fransız klubu braziliyalını 6 aylıq icarəyə götürəcək. "Mavilər"in rəhbərliyi, karyerasını "Strasburq"da davam etdirməyin Santosun inkişafı üçün ən yaxşı variant olduğuna qərar verib. Qeyd olunur ki, "Çelsi" rəhbərləri hələ də 19 yaşlı futbolçuda dünyanın ən yaxşı futbolçularından birinə çevrilmək perspektivi görürlər.

Santos "Çelsi"yə qış transfer pəncərəsində - 2023-cü ildə "Vasko da Qama"dan 12,5 milyon avroya keçib. Bu mövsüm braziliyalı "Nottingem"in heyətində bütün yarışlarda cəmi iki oyun keçirib. Futbolçunun London klubu ilə müqaviləsi 2030-cu ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun