ABŞ reaktiv bombaları Ukraynaya göndərdi

1 Fevral 2024 06:53

ABŞ reaktiv GLSDB bombalarını Ukraynaya, cəbhə xəttinə göndərib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Qeyd olunub ki, Vaşinqton Kiyevə təhlükəsizlik yardımını davam etdirir.

Xatırladaq ki, ötən gün "Politiko" nəşri Kiyevin 31 yanvarda reaktiv bombalar ala biləcəyini bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun