Milyarderin qızı nənəsindən qalan 25 milyon dolları tanımadığı insanlara paylayacaq

31 Yanvar 2024 23:31

Avstriyalı milyarder və BASF şirkətinin yaradıcısı Marlen Engelhornun qızı nənəsindən miras qalan 25 milyon dolları həmyerlilərinə verəcək. 

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Qadın qərarını bəzi insanların həftədə 40 saatdan çox işlədiyi və vergi ödədiyi şəraitdə imkanlı şəxslərin vərəsəlik vergisindən azad edilməsini ədalətsizlik hesab etməsi ilə əlaqələndirib. O, öz vəsaitinin bölüşdürülməsini xüsusi şuraya həvalə etmək niyyətindədir. Şura 50 avstriyalını seçməlidir.

"Forbes" Engelhorn ailəsinin hazırda xalis sərvətinin 4,2 milyard dollar olduğunu təxmin edir. 31 yaşlı Engelhorn sərvətin yenidən bölüşdürülməsi və mütərəqqi vergitutma yolu ilə sosial ədalətin tərəfdarıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun