"Azərsığorta"nın portfeli başqa şirkətə ötürüləcək

31 Yanvar 2024 18:33

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Azərsığorta" ləğv edilib.

Bəs şirkətin portfeli hansı şirkətə ötürülüb?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı şirkətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hələlik bu barədə yekun qərar yoxdur.

"Şirkətin portfeli başqa şirkətə ötürüləcək, amma bunun hansı sığorta şirkəti olması məlum deyil. Çünki rəsmi təsdiqləyici heç bir sənəd yoxdur. Bu isə artıq Nazirlər Kabineti və İnvestisiya Holdinqinin qərarı əsasında bildiriləcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun