"Fənərbağça"nın futbolçusu La Liqa klubunda

31 Yanvar 2024 15:27

"Fənərbaxça"nın futbolçusu Migel Kreşpu "Rayo Valyekano"ya keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı yarımmüdafiəçi La Liqa klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Müqavilədə satınalma şərti də var.

Qeyd edək ki, 2021-ci ildən "Fənərbaxça"da çıxış edən Kreşpu bu mövsüm İstanbul klubunda 18 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun