Məşhur yazıçı vəfat etdi - FOTO

31 Yanvar 2024 11:35

Türkiyəli yəhudi əsilli yazıçı Mario Levi vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Buart Sənət Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, yazıçı Mario Levi 25 fevral 1957-ci ildə İstanbulda doğulub.

15-dən çox kitab müəllifi olan yazıçı daha çox "İstanbul bir masaldı", "En güzel aşk hikayemiz", "Bir şehre gidememek", "Lunapark kapandı" kimi əsərlərlə şöhrət qazanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun