Türkiyədə zəlzələ oldu

31 Yanvar 2024 10:44

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

Milli.Az konkret.az-a istinadən bildirir ki,  bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Nurhak rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 5.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun