Quş qripi səbəbindən 70 min toyuq məhv ediləcək

31 Yanvar 2024 21:32

Çexiyada quşçuluq fermalarının birində quş qripi yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Çexiyanın kənd təsərrüfatı naziri Mark Vıbornı "X" hesabında məlumat paylaşıb.

Sanitariya və baytarlıq müfəttişliyinin nümayəndəsi Radek Axmann əlavə edib ki, bu səbəbdən 70 minə yaxın quşun məhv edilməsinə qərar verilib. Bundan əlavə, onların yumurtaları da məhv ediləcək.

"Təəssüf ki, quş qripinin (ölkədə) yayılması ilə bağlı qorxularımız təsdiqləndi. Bu il onun ilk dəfə (respublikada) böyük bir kommersiya fermasında yaıldığı təsdiqləndi", - Vıbornı bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun