"Yunayted"dən Reşford açıqlaması: Araşdırılıb və...

30 Yanvar 2024 22:50

"Mançester Yunayted" hücumçusu Markus Reşfordun qalmaqallı hərəkətləri ilə bağlı rəsmi açıqlama yayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, klub futbolçunun səhvini etiraf etdiyini bildirib.

"Markus öz hərəkətlərinə görə məsuliyyəti qəbul etdi. Vəziyyət daxili intizam məsələsi kimi araşdırılıb və hazırda bağlanıb", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Reşford "Yunayted"in cümə günü baş tutan məşqinə xəstə olduğu üçün gəlməyib və bununla bağlı icazə alıb. Bundan bir neçə saat sonra futbolçu Belfastdakı gecə klublarından birinə gedib. Reşford əməlinə görə cəzalandırlıb. Onun 2 həftəlik məvacibi - 620 min funt sterlinq tutulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun