İran valyutası növbəti antirekorda imza atdı

30 Yanvar 2024 18:38

Bu gün İranın milli valyutası dollar qarşısında rekord səviyyədə ucuzlaşıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Tehranın azad bazarında 1 dollar 59.500 tüməni keçib.

Bu, bu günə kimi tümənin dollar qarşısında qeydə alınan ən ucuz məzənnəsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun