Putin altı ilə 67 milyon qazandı

30 Yanvar 2024 17:39

Rusiya Prezidenti Vladimir Putinin son 6 il ərzində gəlirləri 67 milyon 591 875 rubl (təqribən 755 min dollar) təşkil edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyada prezidentliyə namizəd kimi qeydə alınan Putinin ölkənin Mərkəzi Seçki Komissiyasına təqdim edilən bəyannaməsində bildirilib.

Bəyannamədə Putinin sahib olduğu əmlak olaraq Sankt-Peterburqda 77 kvadrat metr sahəsi olan 1 mənzil və 18 kvadrat metrlik 1 qaraj, 3 minik avtomobili də qeyd olunub. 

Bununla yanaşı, Rusiya liderinin banklarda 10 hesabı mövcuddur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun