Arvadını küçənin ortasında vəhşicəsinə öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI - FOTOlar

30 Yanvar 2024 18:56

Türkiyənin Zonquldak vilayətində 22 yaşlı həyat yoldaşı Bahar Kanyılmazı küçənin ortasında tapança ilə başından vuran Tarık Kanyılmaz həbs edilib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, iki uşaq anası olan həyat yoldaşını 5 güllə ilə qətlə yetirən Kanyılmazın ifadəsi ortaya çıxıb.

"Boşanmaq istəyirdi. Mən də uşaqları ver, onlara mən baxım deyirdim. O isə uşaqları sənə verməyəcəm deyirdi",-deyə Tarık Kanyılmaz ifadəsində bildirib.

Hadisədən sonra ölkə xaricinə qaçmağa cəhd edən şübhəli polislər tərəfindən yaxalanıb. Tarık Kanyılmaz aparıldığı məhkəmə tərəfindən həbs edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun