Əhaliyə verməyə pul qalmadı

30 Yanvar 2024 16:10

Almaniya hökuməti öz vətəndaşlarına maliyyə dəstəyi üçün artıq pullarının qalmadığını açıqladı.

"İndiki maliyyə vəziyyətimiz haqqında dürüstcə bir neçə söz demək istərdim: bizdə sadəcə daha pul qalmayıb," - Almaniya hökumətinin ölkənin şərq işləri üzrə səlahiyyətli nümayəndəsi Karsten Şnayder bəyan etdi.

Milli.Az bildirir ki, onun sözlərinə görə, hökumət koronavirus vaxtı vətəndaşlara yardım etmək və qaz və elektrik qiymətlərinin artmasını sübvanisionlaşdırmaq üçün 800 milyard avro xərcləmişdir, buna görə də dövlətdə növbəti sübvansiyalar üçün daha artıq pul yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun