Paşinyan Suren Varosyanı işdən çıxardı

30 Yanvar 2024 15:56

Ermənistan Baş Naziri Aparatında protokol üzrə məsul şəxs olan Suren Varosyan tutduğu vəzifədən azad edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd edək ki, S.Varosyan bu vəzifəyə 2021-ci ilin avqustunda təyin edilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun