Zabratda döyülən yeniyetmə videosu ilə şantaj edilibmiş

30 Yanvar 2024 13:50

Daxili İşlər Nazirliyi (DİN) Zabratda səkkizinci sinif şagirdinin döyülməsi ilə bağlı məsələyə münasibət bildirib. 

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yanvarın 29-da Sabunçu rayon Zabrat qəsəbəsi sakini polisə müraciət edərək 14 yaşlı oğlunun döyüldüyü barədə məlumat verib.

"Vətəndaş oğlunun birlikdə hazırlığa getdiyi yeniyetmə tərəfindən döyüldüyünü və döyülməni əks etdirən videogörüntüləri yayacağını deyərək onun övladından pul tələb edildiyini deyib.

Daxil olan müraciətlə əlaqədar təhqiqat araşdırması başlanılıb. Hadisə yerinə baxış keçirilib, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib, hadisə iştirakçılarının izahatları alınıb.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir", - N.Əliyev bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun