Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları verildi - YENİLƏNİB

30 Yanvar 2024 17:45

Bakı şəhərinin Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyindən Laçına yola salınan məcburi köçkünlərin rəsmi qarşılanma mərasimi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanlara evlərin açarları təqdim edilib.

Qeyd edək ki, bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə 431 ailənin (1627 nəfər) köçürülməsi təmin edilib.

-------

07:30

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 72 nəfər köçürülür.

Köçürülən ailələr Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 431 ailə (1627 nəfər) köçürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun