Məhkəmə Alen Delonla bağlı bu qərarı verdi

29 Yanvar 2024 22:20

Məşhur fransız aktyoru Alen Delon məhkəmə nəzarətinə alınıb və bir sıra hüquqları məhdudlaşdırılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.

Məhkəmə aktyorun əmlak satışı da daxil olmaqla, adi işlərin əksəriyyətini yerinə yetirə biləcəyinə qərar verib.

Bununla məhkəmənin təyin etdiyi şəxs məşğul olacaq, lakin onun kimliyi açıqlanmayıb. O, həmçinin Delona tibb sahəsindəki problemlərini həll etməyə kömək edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun