Zelenski Ukrayna ordusundakı hərbçilərin sayını açıqladı

29 Yanvar 2024 21:36

"Hazırda Ukrayna Silahlı Qüvvələrində xidmət edən hərbçilərin sayı 880 min nəfər təşkil edir".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın "ARD" media holdinginə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Bildirilir ki, Zelenski ötən ilin dekabrında Ukrayna Silahlı Qüvvələrinin Quru qoşunlarında 600 min nəfərin xidmət etdiyini açıqlamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun