Sərhəddə gözləyən yük maşınlarının sayı...

29 Yanvar 2024 19:18

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 700 yük maşını gözləyir.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, "Biləsuvar" gömrük postunda 70, Astara gömrük postunda 274, "Mazımqara" gömrük postunda 16, "Samur" gömrük postunda 38 və "Xanoba" gömrük postunda 6 yük maşını keçid üçün dayanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun