Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü - FOTO

29 Yanvar 2024 18:41

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb.

Milli.Az xəbər verir ki, bununla bağlı B.Hayee "X" sosial şəbəkəsində paylaşım edib.

Görüşdə ölkələr arasında əməkdaşlığın gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

"Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə yeni təkan verəcək", - səfir qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun