Dünyanın ən böyük kruiz gəmisi səyahətə çıxdı - VİDEO

29 Yanvar 2024 20:50

Dünyanın ən böyük kruiz gəmisi "Dənizlərin ikonası" (Icon of the Seas) ilk yeddi günlük Karib dənizi səyahətinə Floridadakı Mayami limanından yola düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Gəmi 40-dan çox restoran, kafe və barı olan 20 göyərtədə yatacaq, yeyəcək və əylənəcək 7600 sərnişini qəbul edə bilər. Burada həmçinin tropik bitki örtüyü olan kiçik park, teatr, karaoke, tennis və voleybol meydançaları, uşaqlar üçün attraksionlar və su parkı mövcuddur. Gəminin uzunluğu rekord - 365 m-dir", - məlumatda deyilir.

Müqayisə üçün qeyd edək ki, "Titanik"in uzunluğu 269 metr olub, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük təyyarədaşıyan gəmisi "Cerald R. Ford" isə 333 metrdir.

Futbol üzrə dünya çempionatının qalibi olan Argentina milli komandasının kapitanı Lionel Messi də açılış mərasimində iştirak edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun