Ulduz futbolçu rəsmən “Fənərbağça”da

29 Yanvar 2024 16:23

Türkiyənin "Fənərbağça" klubu İspaniyanın "Atletiko" (Madrid) komandasından icarəyə götürdüyü Çağlar Söyüncünün transferini açıqlayıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi 28 yaşlı müdafiəçinin keçidini sosial şəbəkə hesablarında paylaşdığı videoçarxla elan edib.

Təcrübəli oyunçu ilə 2023-2024-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Çağlar Söyüncü daha əvvəl Almaniyanın "Frayburq" və İngiltərənin "Lester Siti" klublarının formasını geyinib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun