Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanı təhrik edir və Cənubi Qafqazın təhlükəsizliyi üçün təhdid yaradır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə beynəlxalq siyasət və təhlükəsizlik üzrə mütəxəssis Talya İşcan Meksikanın aparıcı "El Universal" nəşrində dərc olunan məqalədə deyib.
"Dünyadakı bir çox münaqişələri əhatə edən mürəkkəb beynəlxalq münasibətlər şəraitində AŞPA çərçivəsində Azərbaycan nümayəndə heyətinə münasibətdə son hadisələr narahatlığa və debatlara səbəb olub. Azərbaycanın AŞPA-da iştirakına zərbə kimi görünən bu hərəkətlər bu cür məhdudlaşdırmaların qərəzsizliyi və əsaslığına dair suallar doğurur. Dünya ictimaiyyətinin Ermənistan tərəfindən törədildiyini qəbul etdiyi hərəkətlərdə Azərbaycanı ittiham edən bu tədbirlərin ziddiyyətinə diqqət yetirmək lazımdır.
Bu, Qərbin, əsasən Fransanın rəhbərliyi altındaAzərbaycana qarşı son əsassız tədbirləri kontekstində baş verir. Bu tədbirlərin ziddiyətli olması barədə sual yaranır, çünki Azərbaycan Əfqanıstanda, şimal istiqamətində və İraqda Qərbin çoxdankı müttəfiqidir, habelə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Ola bilsin ki, Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını təsdiqləməmək qərarı Fransanın Azərbaycana qarşı son zamankı aqressiv mövqeyi ilə əlaqəlidir. Bu həmçinin, sülh üçün də təhlükə törədir, belə ki, Ermənistanda qeyri-real ümidlərin və revanşist dairələrin dəstəklənməsi regionda sülh prosesini zədələyə bilər. Görünür, Ermənistan bu prosesdə yetərincə səmimiyyət göstərmir, çünki AŞPA-dakı Ermənistan nümayəndə heyətinin bütün üzvləri Azərbaycanın nümayəndə heyətinin akkreditasiyasının əleyhinə səs verdilər.
Azərbaycanın Avropa Şurasına 23 illik üzvlüyündən sonra, ölkədəki siyasi sabitlik və zərər görmüş ərazilərin bərpası fonunda bir sıra ölkələr AŞPA-da Azərbaycana hücum etməyə başladılar. Bu onları bu cür hərəkətlərə vadar edən məqsədlər barədə suallar doğurur.
Hazırda Avropa İttifaqı (Aİ) Ermənistanın qəti müttəfiqi olmaq yolunu seçməklə Azərbaycana qarşı öz qərəzli və düşmən münasibətində ədaləti göz ardı edir. Bu fəaliyyət Avropa İttifaqının bəyan edilmiş dəyərlərinə ziddir və regionda siyasi gərginliyin artmasına səbəb ola bilər. Avropanın Qafqazda Ermənistanı təhrik edən və sülh proseslərinə maneçilik törədən siyasəti Aİ-nin bəyan etdiyi prinsiplərlə ziddiyyət təşkil edir. Öz regionundan kənarda şəxsi motivlərindən çıxış edərək münaqişələri dəstəkləyən bu mövqe isə diplomatiyada ikili standartlar təəssüratı doğurur", - məqalədə deyilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun