"AŞPA münaqişələri qızışdırmaqla məşğuldur" - VİDEO

29 Yanvar 2024 13:45

"Avropa Şurası Parlament Assambleyasının qərəzli mövqeyi bu gün Azərbaycana qarşı sərgilənirsə, sabah Polşaya və digər ölkələrə qarşı da yönələ bilər".

Milli.Az xəbər verir ki, polşalı politoloq Yakub Koreyba Qərbi Azərbaycan TV-yə eksklüziv açıqlamasında Azərbaycanın AŞPA-dakı fəaliyyətini dayandırmaq barədə qərarını və ölkəmizin yüksək səslə transmilli məmurların diqtə siyasətinə etirazını "cəsarətli qərar" adlandırıb. Koreybanın sözlərinə görə, AŞPA yarandığı gündən indiyədək heç bir münaqişəni nəinki həll etməyib, əksinə onları daha da qızışdırıb. Elə isə avropalı deputatların bu məsələdə məqsədləri nədir? Polşalı ekspert açıqlamasında təqaüdçü siyasilər yığnağından ibarət olan qurumun iç üzünü ifşa edib. Və onların Avropa üçün təhlükəsi barədə xəbərdarlıq edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun