“Real” “Fənərbağça”dan növbəti futbolçunu alır

29 Yanvar 2024 15:11

"Real Madrid" "Fənərbağça"nın daha bir futbolçusunu transfer etmək istəyir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Real Madrid" skautlarının Ferdi Kadıoğlunu izlədiyini bildirilir. Bildirilir ki, Arda Gülerin transferində vacib rolu olan "Real"ın baş skautu Juni Calafat Ferdinin oyunundan razı qalıb. "Real"ın baş skautu Ferdini həm Türkiyə millisinin heyətində həm də "Fənərbağça"nın Avropa Konfrans Liqası matçında müşahidə edib. O, Ferdi barədə hesabatında "Alına bilər" qeydini edib. Bildirilir ki, Juni Calafat "Real Madrid"ə istedadlı futbolçuların transfer edilməsində son qərarı verən skautdur.

Qeyd edək ki, "Bavariya" və "Borussiya Dortmund"un da Ferdi Kadıoğlunu izlədiyi irəli sürülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun