Azərbaycanda valideynlər uşağa işgəncə verib, diləndirdilər - İDDİA - FOTO

29 Yanvar 2024 11:20

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaşları diləndirilən doqquz yaşlı uşağı aşkarlayıblar.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:

"Uşaq dəhşətlər yaşayıb... Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var... Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci üçün götürəndə anası döyüb. Bu, azmış kimi, hər dəfə atasına da döydürüb. Valideynlər cəzalandırılmalıdırlar", - K.Ağazadə qeyd edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlamasında bildirib ki, məsələ nəzarətdədir və araşdırılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun