Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

28 Yanvar 2024 23:55

Dövlət Miqrasiya Xidməti yanında Miqrasiya Şurasının sədri Gökhan Çoban dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, o, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Ancaq Türkiyədə müalicə olunan G.Çoban 2022-ci ildə xəstəliyə qalib gəldiyini bildirib.

O, Şuranın Türkiyə Respublikası üzrə təmsilçisi olub, 2022-ci ildə isə Miqrasiya Şurasının sədri seçilib. 12 ildir Azərbaycanda yaşayan və bir çox vəzifələrdə çalışan Gökhan Çoban azərbaycanlı xanımla evli idi və bir qız övladı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun