Belçikada təyyarə avtomobillə toqquşub, ölənlər var

28 Yanvar 2024 19:18

Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

"Təyyarədə iki nəfərin həlak olmasına təəssüflənirik. Çox güman ki, eniş düzgün olmayıb", - polis bildirib.

Qeyd olunub ki, güclü külək səbəbindən pilot təhlükəsiz yerə enə bilməyib.

Təyyarə enərkən uçuş-enmə zolağının yanındakı avtomobilə çırpılıb və partlayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun