Kloppdan sonra 3 ulduz "Liverpul"u tərk edəcək

28 Yanvar 2024 16:03

"Liverpul" klubunda kütləvi ayrılıqlar gözlənilir.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, 3 futbolçu Yürqen Kloppun gedişindən sonra Mersisayd təmsilçisi ilə vidalaşacaq. Bu oyunçular Vircil Van Deyk, Mohamed Salah və Trent Aleksander-Arnolddur.

Hər bir oyunçunun müqaviləsinin başa çatma müddətinə 18 ay qalıb.

Qeyd edək ki, Yürqen Klopp cari mövsümün sonunda "qırmızılar"ı tərk edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun