Lukaşenko sabah da Putinlə görüşəcək

27 Yanvar 2024 23:58

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sabah Sankt-Peterburqda yenidən bir araya gələcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.

O bildirib ki, liderlər ikitərəfli görüş zamanı əlaqəni davam etdirəcəklər.

Qeyd edək ki, bu gün Lukaşenko Sankt-Peterburqa səfər edib və Putinlə birgə Leninqrad mühasirəsinin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun