Blinken yenidən Çinə gedir?

27 Yanvar 2024 21:16

ABŞ Dövlət katibi Entoni Blinken yaxın vaxtlarda Çinə səfər edə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

"Katib Blinken keçən il Çinə səfər edən ilk administrasiya rəsmisi idi və onun həmkarı ABŞ-a cavab səfəri etdi. Ona görə də o yaxın gələcəkdə Pekinə səfər edə bilər", - Sallivan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun