İran yenə hədələdi: İsrailə ağır cavab verəcəyik!

27 Yanvar 2024 18:29

İsrailin Suriyada 5 SEPAH zabitini öldürməsinə ağır cavab veriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədahüseyn Maliki ölkə mediasına açıqlamasında deyib.

"Strategiyamız ondan ibarətdir ki, bölgə daha çox müharibəyə sürüklənməsin. Ancaq əmin olun ki, İran vaxtında və yeri gələndə İsrailə ağır cavab verəcək",- Maliki deyib.

Qeyd edək ki, yanvarın 20-də Suriyanın paytaxtında SEPAH-ın istifadə etdiyi dördmərtəbəli binaya zərbələr endirilib. Nəticədə SEPAH-ın 5 yüksək rütbəli zabiti həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun