Ərdoğan: "Qafqazda baş verən hər hadisəni diqqətlə izləyirik"

27 Yanvar 2024 17:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqazda baş verən hər hadisəni diqqətlə izlədiklərini bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ərdoğan İzmir şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə dünyada baş verən bütün hadisələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə operativ reaksiya verir.

R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara başqa dövlətlərin yox, öz millətinin iradəsi ilə addımlar atır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun