“Çelsi” futbol tarixinin ən bahalı transferini etdi – FOTO

27 Yanvar 2024 16:30

"Çelsi"nin qadın komandası İspaniyanın "Xetafe" klubunun kolumbiyalı futbolçusu Mayra Ramiresi transfer edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, transfer "mavilər"ə 400 min avroya və 43 min mümkün bonuslara başa gəlib ki, bu da qadın futbolu tarixində rekordudur.

Əvvəllər qadın futbolunda transfer rekordu "Barselona"ya məxsus idi. İngiltərədə isə ən böyük transfer (300 min avro) "Mançester Siti"yə məxsus idi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun