Müşahidəçi: “Azərbaycanda seçkiöncəsi vəziyyət müsbətdir”

27 Yanvar 2024 11:22

"Azərbaycanda seçkiöncəsi vəziyyət müsbətdir".

Milli.Az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu​ seçki prosesini şərh edərkən deyib. O bildirib ki, seçki prosesi qanunla tənzimlənir və hazırda proses seçki qaydalarına uyğun davam edir.

"Prezidentliyə namizədlər üçün qanunla müəyyən edilən bütün hüquqlar tanınır və onların təşviqatı üçün lazımı şərait yaradılıb", - deyə o əlavə edib.

Rey Kərimoğlu vurğulayıb ki, prezident seçkilərinin keçirilməsinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var: "Çünki ilk dəfədir ki, seçkilər Azərbaycanın tam suveren ərazisində keçiriləcək".

Qeyd edək ki, Rey Kərimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun seçkilərdə müşahidəçi kimi iştirak edəcək heyətinə daxildir.  

Milli.Az