Atasının avtomobilini götürdü, ağır qəzaya düşdü

21 May 2010 09:06
Dünən axşam saatlarında Siyəzən rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in verdiyi məlumata görə, saat 20:00 radələrində yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi avtomobil elektrik dirəyinə çırpılıb.

Siyəzən rayon polis şöbəsinin müstəntiqi Rza İbrahimovun verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Siyəzən rayon sakini Ceyhun Binnət oğlu Hüseynov atasına məxsus olan avtomaşını icazəsiz götürərək magistral yola çıxıb. Siyəzən-Qala yolunda "VAZ 2107" markalı avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində yetkinlik yaşına çatmayan Ceyhun Hüseynov başından ağır yaralanıb.

Hadisə ilə əlaqədar paytaxtdan helikopterlə həkim-cərrah çağırılıb. Hazırda Siyəzən rayon xəsətəxanasında olan yaralının vəziyyəti ağırdır, xəstə koma vəziyyətinə düşüb.

/ANS PRESS/