Tərtərdə silah-sursat aşkarlandı

27 Yanvar 2024 10:40

Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silahların aşkar olunaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.

Milli.Az