Nyu-Yorkda münsiflər heyəti ABŞ-nin keçmiş prezidenti Donald Trampın onu zorlama və böhtanda ittiham edən yazıçı Elizabet Cin Kerroll-a 83,3 milyon dollar ödəməli olduğu barədə qərar çıxarıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərar elan edilən zaman Tramp məhkəmədə olmayıb. O, yerli vaxtla saat 16:00 radələrində (27 yanvar Bakı vaxtı ilə 01:00 - red.) oranı tərk edib.
Bu, iş üzrə ikinci məhkəmə prosesidir. Bu dəfə söhbət yalnız Trampın ifadələrinin onun karyerasına xələl gətirdiyinə və mənəvi zərər verdiyini qeyd edərək, iddiaya əlavə edən yazıçıya ödənilən ödənişlərin məbləğindən gedir. İclas ərəfəsində Tramp təqsirsiz olduğunu bildirib və Kerrollun ittihamlarını rədd edib.
Tramp münsiflər heyətinin qərarını tamamilə gülünc adlandırıb.
"Bu tamamilə gülüncdür! Mən hər iki hökmlə qətiyyən razı deyiləm və (ABŞ prezidenti Co) Baydenin mənə və Respublikaçılar Partiyasına qarşı bu "cadugar ovu" ilə bağlı şikayət edəcəyəm", - o, "Truth Social" səhifəsində yazıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun