Lebron Ceyms ilkə imza atdı

27 Yanvar 2024 14:50

"Los Angeles Lakers"ın basketbolçusu Lebron Jeyms, tarixdə 20-ci dəfə NBA "All-Star" oyununun ilk beşliyinə seçilib. O, tarixdə bu cür uğura imza atan ilk oyunçu olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 39 yaşlı ABŞ-li Qərb Konfransının ən yaxşı oyunçuları arasında möhtəşəm həftəsonuna başlayıb. Forvard 2005-ci ildən "All-Star" oyunlarında iştirak edir.

Qeyd edək ki, o, dörd dəfə NBA çempionu və 2023-cü ildə liqanın aparıcı bombardiri olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun