Bizimlə bütün münasibətləri məhv edib - Lavrov

27 Yanvar 2024 00:49

Rusiya ilə Finlandiya arasında bütün münasibətlər Helsinkinin günahı ucbatından tamamilə məhv edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında medianın suallarını cavablandırarkən deyib.

"Hazırda ikitərəfli Rusiya-Finlandiya əlaqələrinin bütün kompleksi tamamilə məhv edilib. Bunun günahı Finlandiya tərəfindədir", - Lavrov söyləyib.

O qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyata başladıqdan sonra Finlandiya aqressiv və qarşıdurma xarakterli antirusiya siyasətini, o cümlədən silah və hərbi texnikanın tədarükü də daxil olmaqla Kiyev rejiminə fəal dəstək göstərməklə yanaşı, ardıcıl olaraq Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasını müdafiə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun